Fransada əmlak vergisində son illərdə davamlı artım müşahidə olunur. 2023-cü ildə orta məbləğ 1 034 avro, 2024-cü ildə 1074 avro olub, 2025-ci ildə isə 1092 avroya yüksəlir. Artımın səbəbi vergilərin avtomatik olaraq inflyasiyaya indekslənməsidir. INSEE-nin (Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu) 2024-cü ilin noyabrında açıqladığı 1,7% inflyasiya birbaşa hesablamalara əks olunub.
Vergi məbləği yalnız inflyasiyaya deyil, həm də bələdiyyələrin müəyyən etdiyi nisbətə bağlıdır. Bu səbəbdən bəzi şəhərlərdə artım daha yüksək olub. Yerli idarələrin büdcə tələbinə görə etdiyi bu artımlar, xüsusilə böyük şəhərlərdə yaşayan ev sahiblərini çətin vəziyyətə qoyur.
Vergi daşınmazın kadastr planı üzrə kirayə dəyərinə əsaslanır. Bu dəyər, əmlakın kirayəyə verildiyi halda gətirəcəyi təxmini gəlir əsasında hesablanır. Bələdiyyənin müəyyən etdiyi nisbətlə vurulur və inflyasiya artımı əlavə olunur.
Ev sahiblərinin diqqət etməli olduğu əsas tarixlər belədir: Vergi bildirişləri avqust ayının sonundan etibarən göndərilməyə başlanır. Ödəniş üçün son tarix 15 oktyabrdır. Online ödəniş edənlər üçün müddət 20 oktyabr gecə yarısına qədər uzadılır.
Yaşlılar, əlillər, aşağı gəlirli bəzi qruplar və enerji qənaəti məqsədilə təmir işləri aparan evlər üçün azadolma və endirim imkanı mövcuddur. Bunun üçün mütləq vergi idarəsinə müraciət edilməlidir.