Vaxt.Az

Sanksiya siyahısı genişləndi


 

Kanada Rusiya müdaxiləsinə qarşı hərəkətə keçdi

Sanksiya siyahısı genişləndi Kanada sentyabr 28-də keçiriləcək Moldova parlament seçkiləri öncəsi hökuməti qeyri-sabitləşdirməyə çalışdığı iddiası ilə Rusiya ilə əlaqəli şəxs və qurumlara sanksiya tətbiq edib.

Kanada Xarici işlər naziri Anita Anand yazılı açıqlamasında, “Bu gün Kanada, Moldovadakı demokratik yolla seçilmiş hökuməti qeyri-sabitləşdirməyə yönəlmiş koordinasiyalı fəaliyyətlərdə iştirak edən şəxslər və qurumlara qarşı Xüsusi İqtisadi Tədbirlər Qaydası çərçivəsində sanksiya tətbiq etmə qərarı alıb”, – deyib.

Anand əlavə edib ki, bu tədbirlər Rusiya bağlantılı aktorların sentyabr 28-də keçiriləcək Moldova parlament seçkilərinə artan müdaxilə cəhdlərinə qarşı görülüb.

Kanadanın Moldova demokratiyasını dəstəkləmə qərarlılığına diqqət çəkən Nazir Anand vurğulayıb ki, “Beynəlxalq ictimaiyyəti Moldovanın sabitliyini pozmağa çalışanların hesab verməyə çağırıram”.

Eyni zamanda sanksiyalar Rusiya tərəfdarı siyasətçi və iş insanı İlan Şor (Ilan Shor) ilə əlaqəli 16 şəxsi Şor Partiyasının bəzi rəhbər və tərəfdarlarını, həmçinin bəzi keçmiş Moldova rəsmilərini və Rusiya tərəfdarı media nümayəndələrini əhatə edir.

 





29.08.2025    çap et  çap et