XİN-in rəsmi “Telegram” hesabından yayılan açıqlamada bildirilir ki, hücumda həyatını itirənlərin 4-ü uşaqdır. Bundan əlavə, onlarca nəfər yaralanıb və 200-dən çox bina zərər görüb.
Hücumda həlak olanların yaxınlarına başsağlığı verildiyi açıqlamada, matəmin həmin gün elan edildiyi qeyd olunub.
Ukrayna Prezidenti Vladimir Zelenski “X” sosial media platformasında etdiyi açıqlamada, “Rusiya danışıqlar masası yerinə ballistik silahları seçir. Müharibəni bitirmək əvəzinə öldürməyə davam etməyi üstün tutur. Bu, Rusiyanın hələ nəticələrdən qorxmadığını göstərir”, – deyib.
Zelenski həmçinin barış çağırışı edən, lakin indi səssiz qalan bütün ölkələrə etirazını bildirib və beynəlxalq ictimaiyyətdən aydın cavab gözlədiklərini vurğulayıb.
Qeyd edək ki, Zelenski əvvəlki açıqlamasında, Rusiya ordusunun Kiyev şəhərinə etdiyi hücumda 3-ü uşaq olmaqla 14 nəfərin öldüyünü və onlarca nəfərin yaralandığını bildirmişdi.