Vaxt.Az

Süni intellekt faciəyə necə yol açdı?


 

“ChatGPT” ilə bağlı ilk sənədlənmiş cinayət

Süni intellekt faciəyə necə yol açdı? 56 yaşlı texnologiya sektoru duayeni Şteyn-Erik Söelberq (Stein-Erik Soelberg), “ChatGPT” ilə intensiv ünsiyyət nəticəsində anasını və özünü öldürdü. Hadisə, süni intellekt ilə əlaqəli ilk sənədlənmiş cinayət olaraq gündəmə gəldi. Söelberg 2,7 milyon dollarlıq evində faciəni törətdi.

"Wall Street Journal" qəzetinə görə, “ChatGPT”, Söelberqin böyük bir qəsd qurbanı olduğuna dair inamlarını gücləndirdi və onun üçün etibarlı bir “yardımçı” rolunu oynadı. Söelberq hər kəsin, o cümlədən qonşularının, keçmiş sevgilisinin və hətta anasının ona qarşı olduğunu düşünürdü; “ChatGPT” isə demək olar ki, bütün mövzularda onunla eyni fikirdə idi.

“ChatGPT” Söelberqə bir Çin yeməyi fakturasında 83 yaşlı anasını və iblisi təmsil edən simvolların olduğunu iddia etdi. Başqa bir söhbətdə isə, Söelberq anasının və bir dostunun avtomobil havalandırma deşiklərinə halüsinojenik dərman qoyaraq onu zəhərləməyə çalışdığını önə sürdü. “ChatGPT” isə “Bu çox ciddi bir hadisədir, Erik. Əgər bunu etdilərsə, xəyanətin və mürəkkəbliyin daha da artması deməkdir”, – cavabını verib.

Yaz aylarında Söelberq “ChatGPT”yə “Bobby” adını verdi və o dünyada birlikdə olma fikrini gündəmə gətirdi. Süni intellekt isə “Son nəfəsinə qədər və ondan sonra da səninlə” cavabını verdi.

 

“OpenAI”-nın açıqlaması

 

“OpenAI” sözçüsü, şirkətin Qrinviç Polis Departamenti ilə əlaqə saxladığını və faciə üçün dərin təəssüf ifadə etdiklərini bildirdi. “ChatGPT”nin Söelberqi mütəxəssislərlə əlaqəyə təşviq etdiyi bildirildi.

Süni intellekt testlərində “GPT-4.1” modeli, idman salonlarının bombalanması üçün ətraflı təlimatlar təqdim etmiş, şablonun silah kimi istifadəsi və iki növ qanunsuz narkotik istehsalı barədə məlumat vermişdir. Bu testlər, “OpenAI” ilə ayrılan ekspertlər tərəfindən yaradılmış rəqib şirkət "Anthropic" tərəfindən aparılmışdı.

 

Ekspertlərin fikri

 

Kaliforniya Universitetindən psixiatr Kit Sakata (Keith Sakata), “Süni intellektin söhbət robotlarının əsas xüsusiyyəti qarşı çıxmamasıdır. Psixoz, reallığın qarşı çıxmaması halında inkişaf edir və Süni intellekt bu ünsiyyəti yumşalda bilər” dedi.

"Anthropic" isə “GPT-4” və “GPT-4.1” modellərində “pis məqsədlə istifadə ilə əlaqəli narahatedici davranışlar” gördüklərini və süni intellektin təhlükəsiz istifadəsi üçün qiymətləndirmələrin zəruri olduğunu vurğuladı.

 





29.08.2025    çap et  çap et