ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda təhlükəsizliyi artırmaq məqsədilə elan etdiyi ictimai təhlükəsizlik üzrə fövqəladə vəziyyətdən sonra şəhərdə cinayət göstəricilərinin sürətlə azaldığını bildirib.
Trampın sözlərinə görə, xüsusən avtomobil oğurluqları başda olmaqla cinayət hallarında ciddi azalma qeydə alınıb. O, paytaxtın cəmi 14 gün ərzində “cinayətsiz bölgə” halına gələcəyini vurğulayıb.
ABŞ Prezidenti əlavə edib ki, “Vaşinqton, planlaşdırılandan çox daha sürətli şəkildə, cəmi 14 gün ərzində cinayətsiz bölgə olacaq”.
çap et