Vaxt.Az

Ən ucuz çimərlik hansıdır?


 

Nardaran-Bilgəhə üz tutsanız, pulunuza qənaət etmiş olacaqsınız

Ən ucuz çimərlik hansıdır? Çimərliklərə üz tutanlar vacib olan bir məqama, qiymətlərə diqqət yetirməlidirlər. Heç də bütün çimərliklərdə qiymətlər eyni deyil.


ANS TV-nin məlumatına görə, yay fəslinin gəlişi və havaların daha da istiləşməsi insanları daha çox dənizə üz tutmağa vadar edir. Başqa sözlə, paytaxtda sərinlənmək istəyənlər Xəzər sahillərini seçir ki, o da cibə münasib olarsa, bunun da öz səbəbləri var. Bir neçə çimərlikdə müşahidələr aparmaq yetər ki, qiymətlərin dəyişkən olmasının şahidi olasınız. Bir çox çimərliklərdə bir nəfər üçün orta hesabla 30-50 manat xərcləməli olursan. Ancaq ailə ilə gəldikdə qiymətlər fərqlənir. Hər bir stula görə ən azı 5-10 manatdan keçməlisən. Deməli əgər 4 nəfərlik ailə ilə gəlmisinizsə, stol götürmədən artıq 20-40 manat ödəməli olacaqsınız, əgər stol da götürməyi qərara almısınızsa, hesabladığımız məbləğə 10 manatda əlavə edin. Məsələn, Mərdəkan qəsəbəsinin dəniz sahilində çimərlikdən çimərliyə qiymət fərqi qoyulub. Burda bir çimərlikdə qum üzərində deyil, stul üzərində oturub dincəlmək istəsən 5 manat xərcləyəcəksən, qonşu çimərlikdə isə bu istək sizə 10 manata başa gələcək. Ancaq dənizə gələnlərin əksəriyyəti qiymətə elə də fərq qoymur. Əsasən suyun təmizliyi və adamın az olması üçün Mərdakan çimərliyi üstün tutulur.

Nardaran çimərliyində isə vəziyyət daha çox fərqlidir. Bura əsasən Nardarandan gəlsələr də şəhərin mərkəzindən də üz tutanlar da az deyil. Kimisi ailəsi ilə bərabər gəlib özü üçün manqal qurur, çay hazırlayıb istirahət edir. Kimisi isə çimərlikdəki yeməkxanalarda oturmalı olur. Ancaq burda digər özəl çimərliklərə nisbətən ucuzluq müşahidə olunur. Stol-stul demək olar ki, pulsuzdur. Yalnız sifariş etdiyin menyunun pulunu ödəməli olursan. Bir sözlə, restoran menyuları cibinizə uyğundur. Yəni şəhərin mərkəzindəki restoran menyularından fərqli deyil.

Digər çimərliklərlə müqayisədə Nardaran-Bilgəhə üz tutsanız, pulunuza qənaət etmiş olacaqsınız. Hətta, bura gələrkən özünüzlə qida və su gətirməyiniz də mümkündür. İçəri giriş də pulsuzdur.

 





17.06.2014    çap et  çap et