Şimali Qafqazın alovlanması Cənubi Qafqazın Rusiya təsir zonasından çıxmağının əsas bir göstəricisi, simptomu ola bilər. Məlum olduğu kimi, həm Çar Rusiyasının çökdüyü Birinci Dünya müharibəsindən sonra, həm də Sovet İttifaqının süqut etdiyi 1990-cı illərdə Moskvanın Cənubi Qafqazdakı dayaqlarını itirməsi Şimali Qafqazda da müstəqillik proseslərini başlatmışdı. Yəni, həm Dağlılar Respublikası (1918-1919), həm Çeçen İçkeriya Respublikası (1991-2000) Moskvanın Cənubi Qafqazdakı təsir gücünü itirməsinin birbaşa nəticələri idi. Bu mənada, Şimali Qafqazdakı proseslər Cənubi Qafqazın taleyi üçün əsas indikator olacaq.
Nəzərə alsaq ki, tarixin müvafiq dövrlərində Şimali Qafqazdakı hər iki müstəqillik cəhdində Azərbaycan xüsusi rol oynayıb, bu baxımdan Rusiya-Azərbaycan münasibətlərini ümumilikdə Qafqaz regionunun taleyi çərçivəsində dəyərləndirmək mütləqdir.