Trampın avqustun 26-da keçirilən kabinet iclasından bəri kameraların qarşısına çıxmaması sosial şəbəkələrdə onun səhhəti ilə bağlı şayiələrə yol açıb.
“Reddit” adlı platformada başlayan müzakirələr Trampın yaşayıb-yaşamadığı barədə iddialara qədər gedib çıxıb.
Prezidentin sonuncu dəfə 26 avqustda Ağ Evdəki kabinet iclasında görüntülənməsi, bundan sonra ekranlarda görünməməsi sağlamlığı ilə bağlı söz-söhbətləri gücləndirib: “ABŞ Prezidenti çərşənbə günündən bəri ictimaiyyət qarşısında görünməyib, bu həftəsonu üçün planlaşdırılmış hər hansı açıq tədbiri yoxdur. Öldüyünə dair şayiələr dolaşır”.
Bundan sonra Ağ Ev rəsmisi “Axios” xəbər saytına açıqlamasında bildirib ki, “Trampın vəziyyəti yaxşıdır və o, bu gün qolf oynamağa gedəcək”.
Daha sonra “X” sosial media platformasındakı bəzi hesablar Trampın ailə üzvləri ilə birlikdə Virciniyadakı “Trump National Golf Club”a qolf oynamağa yollanarkən Ağ Evi tərk etdiyi anın fotolarını paylaşıb.