Donald Tramp administrasiyası Müdafiə Nazirliyinin (Department of Defense) adının Savaş Nazirliyi (Department of War) kimi bərpa olunmasına dair planları irəlilədiyi bildirilir.
“The Wall Street Journal”ın Ağ Ev rəsmisinə istinadla yaydığı xəbərdə qeyd olunur ki, hökumətin ən böyük nazirliyi üçün “Savaş Nazirliyi” adının geri qaytarılması Konqresin təsdiqini tələb edə bilər. Bununla belə, Ağ Ev dəyişiklikləri həyata keçirmək üçün alternativ üsullar axtarır.