Çin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Si görüşdə bildirib ki, iki ölkə bir-birini rəqib deyil, əməkdaşlıq tərəfdaşı; təhdid deyil, inkişaf imkanı kimi görməlidir.
Si vurğulayıb ki, qədim sivilizasiyaların təmsilçiləri olan Çin və Hindistan dünyanın ən çox əhalisi olan iki ölkəsi və “Qlobal Cənub”un əsas hissəsidir: “Əjdaha ilə filin bir araya gəlməsi, dost və yaxşı qonşu olması həyati əhəmiyyət daşıyır”.
Hindistan Baş naziri Modi isə deyib ki, iki ölkənin sərhəddəki mübahisəli bölgələrdən geri çəkilməsinin ardından sülh və sabitlik mühiti hökm sürür, onlar qarşılıqlı etimad, hörmət və həssaslıq əsasında münasibətləri inkişaf etdirmək istəyirlər.
Modinin zirvəyə qatılması, iki ölkə arasında Himalaylardakı mübahisəli sərhəd xəttindəki gərginliklərin həllinə yönəlik atılan addımlarla başlayan yumşalma prosesini gücləndirən mühüm hadisə kimi dəyərləndirilir. Hindistan lideri 7 ildən sonra ilk dəfə Çini ziyarət edib.