Vaxt.Az

“Sahillərimizdən uzaq durun”


 

Venesueladan ABŞ-a xəbərdarlıq

“Sahillərimizdən uzaq durun” ABŞ-ın Karib dənizinə hərbi gəmilər göndərməsi ilə Venesuela ilə gərginlik pik həddə çatıb.

Venesuela Prezidentinin müavini və Neft naziri Delsi Rodriqes (Delcy Rodriguez) də ABŞ-a meydan oxuyub.

Karabobo əyalətində açıqlama verən Rodriqes bildirib ki, ABŞ hökuməti Karib dənizinə hərbi gəmilər göndərməklə düşməncəsinə addımlar atıb.

O, Vaşinqton administrasiyasına qarşı deyib: “Öz problemlərinizi həll edin və sahillərimizdən uzaq durun, Venesuela torpaqlarından uzaq durun. ABŞ Cənubi Amerika ölkəsinə hücum etməyə cəhd etsə, Venesuela onların ən böyük kabusu olacaq”.

ABŞ Prezidenti Donald Tramp əvvəlcə imzaladığı qərarla Latın Amerikası mənşəli narkotik kartellərinə qarşı yerində mübarizə aparmaq iddiası ilə ordunun daha geniş və effektiv istifadəsini əmr etmişdi.

ABŞ hökuməti 8 avqustda Venesuela Prezidenti Nikolas Maduronun tutulması üçün məlumat verilməsi qarşılığında təklif olunan mükafatı 25 milyon dollardan 50 milyon dollara yüksəltdiyini açıqlamışdı.

Trampın əmri ilə ABŞ donanması Kariblər dənizinin Venesuela sahillərinə yaxın 1 sualtı gəmi və 7 döyüş gəmisi göndərmişdi.

 





01.09.2025    çap et  çap et