İndoneziyada etiraz aksiyaları ötən həftə bazar ertəsindən (avqustun 25-i) bəri aşağı maaşlara qarşı davam edir.
Paytaxt Cakartadakı nümayişlər zamanı polis maşını 21 yaşlı motosikletli kuryeyə çırpılıb və bu, onun ölümünə yol açıb. Ölüm xəbəri yayıldıqdan sonra aksiyaların şiddəti artıb.
Etirazlarda polis bölmələrinin də daxil olduğu bəzi dövlət binaları yandırılıb.
Bələdiyyə məclisi yandırıldı
Ölkənin şərqindəki Makassar şəhərində də nümayişlər xaosa çevrilib.
Şəhərdəki bələdiyyə məclisi binası od vurulub, avtomobillərə ziyan dəyib. Binada alovlar arasında ölənlər olub. Nümayişçilər, motosiklet sürücüsünün ölümünə səbəb olan polisin cəzalandırılmasını tələb edir.
İndoneziya Prezidenti Prabovo Subianto isə xalqı sakitliyə dəvət edib və hadisə ilə bağlı araşdırma aparılması üçün göstəriş verib.
Etirazlar, təxminən bir ildir hakimiyyətdə olan Prezident Subianto üçün “ən böyük imtahan” kimi qiymətləndirilir.