«Abu Hajjar» üzvü olan və İŞİD-də öldürülən təşkilat liderlərindən Əbdulrəhman Əl-Bilaviyi qorumaq vəzifəsini yerinə yetirən kuryer olaylarla bağlı önəmli açıqlama vermişdi: «Mosul çox qısa zamanda cəhənnəmə dönəcək. Heç biriniz nə olduğunu anlamayacaqsınız».
Təşkilatın maliyyə qaynaqları, digər ölkələrdəki qərargahlarıyla əlaqədar bütün detallar, ali səviyyəli liderlərin məlumatları, təşkilatın istifadə etdiyi kod adları, qrupun maliyyə hesabları İraq komandirlərinin əlinə keçib.
İngilis qəzeti «The Guardian»a danışan SİA kəşfiyyat işçilərindən biri, «Bu məlumatları gördüyümüzdə şoka düşdük. Təşkilatın əlaqədə olduğu elə ölkələrlə qarşılaşdıq ki, bu, çox qarışıq məsələdir», - deyə bildirib.