Vaxt.Az

Fransa böyük böhranın astanasında


 

Bayru sentyabrın 8-də vəzifəsindən gedəcək, hökumət iflas edəcək

Fransa böyük böhranın astanasında Fransa Baş naziri Fransua Bayrunun etimad səsverməsini itirəcəyi demək olar ki, dəqiqləşib və diqqətlər Prezident Emanuel Makrona yönəlib. Yelisey sarayının, erkən seçki təzyiqləri və artan ictimai hərəkatlar arasında hansı yolu izləyəcəyi maraqla gözlənilir.

Fransada sentyabrın 8-də keçiriləcək etimad səsverməsi, Baş nazir Fransua Bayru üçün demək olar ki, qəti məğlubiyyət mənasına gəlir. Bu inkişaf, 2022-ci ildən bəri Matinyonda vəzifə tutan dördüncü baş nazirin də vəzifəsindən getməsi demək olacaq. Beləliklə, Makron dövründə bir rekord qırılacaq: Beşinci Respublikada heç bir prezident bu qədər sürətlə baş nazir dəyişdirməmişdi.

Prezident Emanuel Makron, hökumətin düşməsi halında ölkənin erkən seçkiyə getməyəcəyini və özünün də istefa etməyəcəyini vurğulayır. Lakin müxalifətin sərt təzyiqləri, yaxınlaşan büdcə səsverməsi və mümkün böyük ictimai hərəkat, Makronu sürətli addım atmağa məcbur edir.

Avqustun 29-da danışan Makron Bayru hökumətinin devriləcəyi gözlənilən bir mühitdə, müxalifətə məsuliyyətli olmağa çağırdı. Prezident büdcə məsələsində “ən azı borc reallığı üzərində razılığa gəlmək mümkün ola bilər”, – deyərək Bayrunun təşəbbüsünü müdafiə edib.

Lakin tablo getdikcə daha mürəkkəb bir hal alır. Həm sol, həm də ekstremal sağ qanad, Bayruya etimad səsi verməkdən imtina edir. Bu vəziyyət, Makronun islahatları həyata keçirmək səylərinin daim əngəllənməsinə səbəb olur. Yelisey ətraflarında, Bayrunun getməsindən sonra yeni hökumət formullarının da çoxluq təmin etməkdə çətinlik çəkəcəyi müzakirə olunur.

 





01.09.2025    çap et  çap et