ABŞ Geoloji Tədqiqatlar Mərkəzi (USGS), 6,0 bal gücündə zəlzələnin mərkəzinin ölkənin Pakistan sərhədinə yaxın Cəlalabad şəhərinin 27 kilometr şimal-şərqində yerləşdiyini açıqlayıb.
Zəlzələdə təxminən 500 nəfər həlak olub, 1.000 nəfər yaralanıb.
Əfqanıstan İnformasiya Nazirliyi rəsmiləri ölü sayının artmaqda olduğunu bildiriblər.
Pakistan-Əfqanıstan sərhədinə yaxın bir nöqtədə baş verən zəlzələ Pakistanın paytaxtı İslamabadda da hiss olunub.
Taliban hökuməti “X” sosial media platformasında etdiyi açıqlamada zəlzələnin “şərq vilayətlərinin bir neçəsində insan və mal itkisinə səbəb olduğunu” bildirib.
Açıqlamada əlavə olunub: “Yerli rəsmilər və xalq hazırda təsirlənmiş şəxslər üçün xilasetmə işlərinə qoşulub. Mərkəzdən və yaxın vilayətlərdən dəstək qrupları yola çıxıb”.