Bəli, bunu Trampdan başqa heç kim bu qədər “ustalıqla” bacarmazdı. Məhz onun ucbatından Rusiya özünü toparlamaq, qanlı müharibəni daha böyük hikkə ilə davam etdirmək imkanı qazanır, Ukrayna xalqı isə ABŞ liderinin kirli oyunlarından əziyyət çəkir.
Eyni zamanda, ABŞ-ın keçmiş müttəfiqləri (Avropa Birliyi, Yaponiya, Cənubi Koreya və s.) də böyük çaşqınlıq hissi keçirirlər. Onlar ABŞ-ın bu cür axmaq siyasətindən və etibarsız müttəfiqliyindən şokdadırlar.
Şübhəsiz ki, bütün bunlar təpədən dırnağa toksik varlıq olan Putinin xeyrinədir. Trampın Qərbi zəiflətməsi Putinin əl-qolunu açır.
Türk-İslam ölkələri isə belə kritik və dolaşıq, mürəkkəb bir dövrdə həddindən artıq diqqətli, tədbirli olmalıdırlar.
Birlik, həmrəylik çox önəmlidir.
P.S. Trampı isə Hindistanın Baş naziri Narendra Modi, Çinin rəhbəri Si Zinpin və Kremldəki qoca faşistin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində bir araya gəlib anlaşmalarına səbəbkar olduğuna görə “təbrik” etmək olar. Çinin və Hindistanın barışmağına görə isə Trampa və Putinə Nobel sülh mükafatı versələr, hətta buna da əsla təəccüblənməməliyik.