Bank işçisi Mariya P. planlaşdırdığı soyğunu həyata keçirib. 2024-cü il oktyabrın 25-də Münhenin Rüttenauerplatz küçəsində yerləşən "Genossenschaftsbank" filialında baş verdiyi iddia olunan silahlı soyğunun əslində saxta olduğu qısa müddətdə məlum oldu. Hadisədən sonra həbs olunan Mariya P. və sevgilisi Mahmud M., Münhen Əyalət Məhkəməsində hakim qarşısına çıxdı.
23 yaşlı Mariya saxta cinayət bildirişi vermək, təcili çağırışlardan sui-istifadə və kompüter dələduzluğu ilə ittiham edilir. 20 yaşlı Mahmud isə yardım və vəkilliklə günahlandırılır.
Prokurorluğun iddianaməsinə görə, Maria səhər saat 08:20-də bankın kassa yerləşən zirzəmi mərtəbəsinə enib. Şifrəni bildiyi üçün kassaya asanlıqla daxil olub və demək olar ki, bütün nağd pulu çıxarıb. Pulun bir hissəsini bank binasının arxa çıxışından kənara keçirərək qonşu dayanacağa daşıyıb. Daha sonra polisi çağıraraq, silahlı soyğuncunun onu təhdid edərək pulu aldığını bildirib. Hadisə yerinə çoxsaylı polis göndərilsə də, müdaxilə zamanı iki günahsız şəxs həbs olunub.
Mariya məhkəmədə günahını etiraf edib. O, bankda işlədiyi müddətdə ciddi təzyiq altında olduğunu, lakin əsas səbəbin maliyyə çətinliyi olduğunu bildirib. Məhkəmə başçısı Mikael Şönauer qeyd edib ki, avqust 2024-dən etibarən onun hesabında avtomobil kirayəsi və onlayn qumar üçün yüksək xərclər qeydə alınıb.
Mahmut M. Barədə keçmişində qrup halında dələduzluq, quldurluq və təhlükəli yaralanma hadisələri var.
Əvvəllər sevgilisi üçün avtomobil almaq məqsədilə saxtakarlıqla 10.500 avro əldə edən Maria bu dəfə topladığı 460 min avronun böyük hissəsini itirib. Lakin aparılan axtarışlarda Mahmudun otağında 80 min avro tapılıb.
Məhkəmə prosesi sentyabrın sonuna qədər davam edəcək. Cütlüyü ciddi həbs cəzası gözləyir.