Vaxt.Az

Misə tələbat artır


 

Qiymət 10 min dollara yaxınlaşdı

Misə tələbat artır Misə artan tələbat və zəifləyən dollar fonunda qiymət yüksələrək ton başına 10 min dollara yaxınlaşıb.

Metal iyul ayında sonuncu dəfə 10 min dolların üzərində ticarət olunmuşdu. ABŞ Prezidenti Donald Trampın ən çox ticarət edilən metal növlərinə idxal vergisi tətbiqindən imtina etməsi ilə bağlı bəzi proqnozlara rəğmən, qiymətlər nisbətən dayanıqlı qaldı. Avqust ayında 3% artım qeydə alındı.

Bu il misə tələbat Çindəki nisbətən güclü iqtisadi fəaliyyətlə dəstəklənib. Dünyanın ən böyük mis bazarı olan Çində ilin ilk yarısında görünən istehlak təxminən 10% artıb. Lakin ilin ikinci yarısına dair daha yumşaq mənzərə barədə xəbərdarlıqlar edilib.

Dollar isə ABŞ Mərkəzi Bankının (FED) növbəti iclasında faiz dərəcəsini endirməsi gözləntiləri və investorların Trampın Fed üzvü Liza Kuku vəzifədən kənarlaşdırmaq cəhdi səbəbilə zəifləyib. ABŞ məhkəməsinin Trampın bir çox qlobal tarifini qanunsuz hesab etməsindən sonra dollar üzərindəki təzyiq davam edib.

“Goldman Sachs” avqustun 29-na olan qeydlərində bildirib: “Çində ümumi iqtisadi fəaliyyət göstəriciləri zəifləyirmiş kimi görünür və mislə alüminiumda görünən istehlak artımı son aylarda yavaşıb. Bu da gözləntilərimizlə üst-üstə düşür”.

 





02.09.2025    çap et  çap et