Vaxt.Az

“Artıq gecdir”


 

Tramp: “Hindistan tarifələri sıfırlamağı təklif etdi”

“Artıq gecdir” ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə paylaşdığı açıqlamada, Hindistanın ABŞ mallarına tətbiq etdiyi gömrük rüsumlarını sıfıra endirməyi təklif etdiyini bildirib.

Tramp Hindistanla əlaqələri “tamamilə birtərəfli” adlandıraraq qeyd edib ki, “Çox az adam anlayır ki, bizim Hindistanla ticarətimiz çox məhduddur, amma onlar bizimlə nəhəng həcmdə ticarət aparırlar. Başqa sözlə, biz onların ən böyük müştərisiyik, amma biz onlara çox az məhsul satırıq. İndiyə qədər tamamilə birtərəfli münasibət olub və bu, on illərdir belədir.

Bunun səbəbi, Hindistanın bizə tətbiq etdiyi tariflərin çox yüksək olmasıdır. Başqa bütün ölkələrdən daha yüksək tariflər qoyublar. Ona görə də bizim şirkətlərimiz Hindistana məhsul sata bilmir. Bu, tam bir fəlakət idi! Üstəlik, Hindistan neftin və hərbi məhsulların çoxunu Rusiyadan alır, ABŞ-dan isə çox az alır.

İndi tarifləri tamamilə ləğv etməyi təklif edirlər, amma artıq gecdir. Onlar bunu illər əvvəl etməli idilər. İnsanların düşünməsi üçün sadəcə bəzi sadə faktları qeyd edirəm!”

 





02.09.2025    çap et  çap et