Suriya dövlət başçısı Əhməd Şaraa rəhbərliyindəki yeni hökumət, 14 ildən sonra ilk dəfə olaraq xam neftin ixracına start verib.
Suriya Energetika Nazirliyində neft və qazdan məsul sədr müavini Riad əl-Cubasi açıqlamasında, 600 min barel xam neftin imzalanmış müqavilə çərçivəsində “B Serve Energy” adlı şirkətə satıldığını bildirib. O, neftin Suriyadakı bir neçə yataqdan çıxarıldığını söyləsə də, hansılar olduğunu açıqlamayıb.
Suriya, vətəndaş müharibəsindən öncə – 2010-cu ildə gündəlik 380 min barel xam neft ixrac edirdi.