Vaxt.Az

“WhatsApp” və “Telegram” qadağası


 

Fransada dövlət qulluqçularından sosial şəbəkə tələbi

“WhatsApp” və “Telegram” qadağası Fransada nazirlər də daxil olmaqla bütün dövlət qulluqçularına təhlükəsizlik səbəbindən ölkənin özünün hazırladığı “Tchap” adlı mesajlaşma tətbiqindən istifadə məcburi oldu.

“Le Figaro”nun məlumatına görə, Fransa hökuməti dövlət qulluqçularına “Telegram” və “WhatsApp” kimi tətbiqlərdən istifadəyə təhlükəsizlik səbəbilə qadağa qoyub.

Hökumətin dərc etdiyi ümumi göstərişə əsasən, Nazirliklərarası Rəqəmsal İdarə (Dinum) tərəfindən hazırlanmış “Tchap” tətbiqi dövlət qulluqçuları arasında təhlükəsiz rabitənin təmin olunmasına xidmət edəcək.

Sənəddə qeyd olunur ki, “WhatsApp” və “Telegram” kimi tətbiqlər əsas təhlükəsizlik zəmanətlərini təmin etmir. Buna görə də nazirlər daxil bütün dövlət qulluqçularının yalnız “Tchap”dan istifadə etməsi məcburidir.

Ümumi göstərişə görə, dövlət qulluqçularının 1 sentyabra qədər “Tchap” tətbiqini yükləməsi tələb olunur.

 





02.09.2025    çap et  çap et