Vaxt.Az

Tariflər səhmlərə təsir etmədi


 

“S&P 500” üçün süni intellekt yüksəlişi proqnozu

Tariflər səhmlərə təsir etmədi ABŞ-ın tədqiqat şirkəti “Evercore ISI” süni intellektə artan marağın təsiri ilə “S&P 500” indeksinin 2026-cı ilin sonuna qədər 20% yüksələ biləcəyini açıqlayıb.

Şirkətin strateqi Xuan Emanuel bildirib ki, indeksin 2026-cı ilin sonuna qədər 7 min 750 bəndə çatacağı gözlənilir: “Texnoloji inqilab həm səhmləri, həm də cəmiyyəti yeni zirvələrə daşıyacaq.”

“Bloomberg” xəbər verir ki, Emanuelin hədəfi indiyə qədər “Wall Streetdə” açıqlanmış ən yüksək proqnozdur.

Strateqlərin qeyd etdiyinə görə, süni intellektin təsiri ilə qazanc göstəriciləri gözləntiləri xeyli üstələyib. Gömrük rüsumları və siyasi qeyri-müəyyənliklərə baxmayaraq ikinci rübdə genişmiqyaslı müsbət sürprizlər qeydə alınıb.

ABŞ birjaları son dörd ayda ardıcıl olaraq yüksəlib və bir neçə dəfə rekord qırıb. Məsələn, “Nvidia”, “Meta” və “Microsoft” kimi texnologiya nəhənglərinin səhmləri bu il ən azı 20% bahalaşıb.

“Evercore” strateqləri həmçinin fərqli ssenariləri də nəzərdən keçirir. Onların “buğa” ssenarisinə (optimist proqnoza əsaslanan gözləntilər) görə, istehlakçı və investor etimadı yüksək qalarsa, indeks 9 min bəndə qədər yüksələ bilər. Əksinə, “ayı” ssenarisində – yüksək inflyasiya və iqtisadi artımın zəifləməsi fonunda göstərici 5 minə qədər geriləyə bilər.

 





03.09.2025    çap et  çap et