Şirkətin açıqlamasına görə, ABŞ administrasiyası TSMC-yə Nankindəki zavod üçün verilmiş “Təsdiqlənmiş Son İstifadəçi (VEU)” proqramı çərçivəsindəki lisenziyasız avadanlıq ixracı səlahiyyətlərini 31 dekabr tarixindən etibarən ləğv edəcəyini bildirib.
TSMC vəziyyəti qiymətləndirdiyini, ABŞ hökuməti ilə təmasda olduğunu və fabrikin fasiləsiz fəaliyyətini davam etdirmək üçün tədbirlər gördüyünü vurğulayıb.
Qeyd edək ki, VEU proqramı xarici çip istehsalçılarına Çində yarımkeçirici istehsalı üçün ABŞ mənşəli məhsulları, proqram təminatlarını və texnologiyaların əksəriyyətini lisenziyasız ixrac etməyə imkan verirdi.
ABŞ Ticarət Nazirliyi ötən həftə bu boşluğu aradan qaldırdığını açıqlamışdı.
Məlumata görə, şirkətlərin lisenziya azadolma müddətinin bitməsinə qədər 120 gün vaxtı var və bu müddətdə yeni ixrac icazəsi üçün müraciət etmələri tələb olunur.