Vaxt.Az

Rusiya-Hindistan arasında silah müzakirəsi


 

Yeni Dehli “S-400” HHM sistemi və “Su-30” qırıcıları ilə maraqlanır

Rusiya-Hindistan arasında silah müzakirəsi Rusiya Federal Hərbi və Texniki Əməkdaşlıq İdarəsinin rəhbəri Dmitri Şuqayev, Hindistanla “S-400” hava hücumundan müdafiə sistemlərinin əlavə satışını müzakirə etdiklərini açıqlayıb.

Rusiyanın TASS agentliyi Şuqayevin bəyanatına istinadən xəbər verir ki, Hindistan artıq “S-400” sistemlərinə sahib ölkələr arasında yer alır: “Bu sahədə əməkdaşlığımızı genişləndirmək üçün imkan var. Bu da yeni satış deməkdir. Hazırda məsələ müzakirə mərhələsindədir”.

Hindistan Müdafiə Nazirliyi isə iyunun 27-də bildirmişdi ki, Rusiya rəsmiləri ilə “S-400” satışı ilə yanaşı “Su-30” tipli qırıcıların tədarükü də müzakirə olunur.

Rusiya, Hindistanla aparılan geniş danışıqlar nəticəsində əldə olunmuş müqavilə çərçivəsində ilk “S-400” partiyasının göndərilməsinə 2021-ci ildə başlamışdı.

 





03.09.2025    çap et  çap et