ABŞ-da faiz endirimi ehtimalı qızıla marağı artırarkən, səhmlər və istiqraz bazarındakı satış dalğasının ardından investorların təhlükəsiz limana yönəlməsi nəticəsində qızıl növbəti rekordu qırdı.
Qızıl 3 min 546 dollara yüksəlsə də, sonradan 3 min 534 dollara geri çəkildi. Qızıl bu il 30%-dən çox dəyər qazanaraq əsas xammal malları arasında ən yaxşı performans göstərənlərdən biri olub.
Qızıl və dollar/manat məzənnəsi əsasında hesablamalara görə qram qızıl da 4 min 690 manatı aşaraq rekorda imza atdı.
Son yüksəliş, FED sədri Cerom Pauellin (Jerome Powell) ehtiyatlı şəkildə faiz endiriminə qapı açmasından sonra bu ay faizlərin endiriləcəyi gözləntiləri ilə dəstəkləndi. Aşağı faiz dərəcələri adətən qızılın xeyrinə işləyir.
Bazarlar indi Pauellin may ayında vəzifədən ayrılmasının ardından Ağ Evdən gələcək yeni FED sədrinin təyinatına dair açıqlamanı gözləyir. Bundan başqa, investorlar Donald Trampın FED sədri Liza Kuku (Lisa Cook) mərkəzi bankdan vəzifədən kənarlaşdırmaq üçün qanuni əsaslara malik olub-olmadığına dair qərarı da izləyir.
Son üç ildə həm qızıl, həm də gümüş iki dəfədən çox dəyər qazanıb. Qlobal ticarətdə artan risklər köklü təhlükəsiz liman aktivlərinə olan tələbi artırıb.
Lakin 2025-ci ildə qızılın təsirli performansı gümüş tərəfindən geridə qoyuldu. Gümüş bu il indiyədək təxminən 40% bahalaşıb və bazar ertəsi ons qiyməti 2011-ci ildən bəri ilk dəfə 40 dolları aşıb.