ANS PRESS-in məlumatına görə, hüquq müdafiəçisi Leyla Yunus seminara qatılan Müdafiə Nazirliyinin Hərbi Strategiya və Planlaşdırma İdarəsinin rəisi polkovnik Elman Səmədova müraciət edib. O, bildirib ki, Azərbaycanda hər il 30 əsgər dünyasını dəyişir.
« Onlar erməni snayperlərinə görə dünyalarını dəyişmirlər. Orduda korrupsiya var. Ordu peşəkar olmalıdır. Polkovnik Səmədov Azərbaycanda peşəkar ordunun yaradılması ilə bağlı hansı işlərin görüldüyündən danışmalıdır», - deyə hüquq müdafiəçisi bildirib.