Vaxt.Az

Texası sel vurdu


 

2 nəfər öldü

Texası sel vurdu ABŞ-ın Texas ştatının San Antonio şəhərində yağan güclü leysan sel fəlakətinə səbəb olub, nəticədə 2 nəfərin həyatını itirdiyi bildirilib.

“NBC”nin xəbərinə görə, San Antonio polis rəisi Uilyam MakkManus açıqlamasında, ötən gecə təsirli olan güclü yağışdan sonra şəhərdə daşqın baş verdiyini bildirib.

Onun sözlərinə görə, meyitlərdən biri San Antonio Beynəlxalq Hava Limanı yaxınlığındakı Salado dərəsinin təxminən 100 metr aşağısında tapılıb. Polis rəisi qeyd edib: “Hər ikisinin ötən gecə və ya bu səhər suya düşdüyünə inanırıq. Görünən odur ki, onlar dost imişlər”.

ABŞ mediası yazıb ki, şəhərdə leysanın yaratdığı sellərə qarşı ötən gecə və səhər saatlarını əhatə edən federal səviyyədə xəbərdarlıq elan olunmuşdu.

 





03.09.2025    çap et  çap et