Vaxt.Az

Avropada dini təhdid


 

Almaniya islamlaşma ilə üz-üzədir

Avropada dini təhdid Türk və müsəlman miqrantları aşağılayıcı açıqlamaları ilə tanınan Alman iqtisadçı və keçmiş SPD deputatı Tilo Sarrazin yeni açıqlamalar verdi.

Sarrazin əvvəlki açıqlamalarında Türk və Ərəb miqrantların aşağı təhsil və zəka səviyyələri ilə yüksək uşaq sayının cəmiyyətin iqtisadi və mədəni sabitliyini təhlükəyə atdığını, Almaniyanın İslamlaşma təhlükəsi ilə üz-üzə olduğunu iddia etmişdi.

“WELT TV”dəki proqramda çıxış edən Sarrazin bu fikirlərini yenidən dəstəklədiyini bildirdi. Onun sözlərinə görə, mövcud tendensiyalar davam edərsə, 40–50 il ərzində ölkədə müsəlman çoxluğun yaranması mümkündür.

Sarrazinə görə, on il əvvəl Almaniyaya gəlmiş miqrantların əmək bazarına tam inteqrasiyası təmin olunmayıb. Bəzi yaxşılaşmalar müşahidə edilsə də, bunlar məhduddur: on il əvvəl gələnlərin təxminən 65%-i işləyir, 35%-i isə hələ işsiz qalaraq sosial yardıma bağlıdır. İşləyənlərin çoxu sadə köməkçi işlərlə məşğuldur və ya sosial yardımlara əlavə gəlir təmin edir; bir qismi isə təhsil alır. Sarrazin əmək bazarına inteqrasiyanın ölkədə on ildir yaşayan miqrantlar üçün yalnız qismən reallaşdığını iddia etdi.

Sarrazin miqrantların sosial yardıma bağımlılığının dövlət büdcəsi üzərində ciddi yük yaratdığını iddia edir. Xüsusilə aşağı gəlir qruplarının vergi və sosial qatqısı məhduddur, buna görə də maliyyə yükünün böyük hissəsi dövlətdə qalır.

Sarrazin uşaqlar arasında ən çox rastlanan adların Məhəmməd və Əhməd olduğunu nümunə göstərərək, bu demoqrafik məlumatların gələcəkdə əhali strukturunu anlamaqda vacib olduğunu qeyd etdi. Onun fikrincə, bu vəziyyət ölkənin sosial və mədəni quruluşunda dəyişikliklərə səbəb ola bilər.

Sarrazin ümumi cinayətin təxminən 45%-nin əcnəbilər tərəfindən törədildiyini, iki vətəndaşlıq və etnik mənşəyin cinayət statistikalarını təsir etdiyini iddia etdi. O, həmçinin miqrasiya mövzusunun müzakirədən qaçırılmasının AfD-yə diskussiya sahəsi açdığını və problemlərin həllini çətinləşdirdiyini söylədi. Sarrazin açıq müzakirə və real məlumatların nəzərə alınmasının inteqrasiya və sosial siyasət üçün kritik olduğunu vurğuladı.

 





03.09.2025    çap et  çap et