Gözləntilərə görə, hasilatçılar iclasda hasilat hədəflərində yeni artımı müzakirə edəcəklər.
“Brent” markalı xam neft 0,43% ucuzlaşaraq bir barel üçün 67,17 dollara, ABŞ xam nefti (WTI) isə 0,44% geriləyərək 63,53 dollara düşüb.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və onun müttəfiqlərindən ibarət OPEC+ qrupunun səkkiz üzvü bazar günü keçiriləcək görüşdə oktyabr ayından etibarən əlavə hasilat artımını dəyərləndirəcək.
“Price Futures Group” şirkətinin baş analitiki Fil Flinn (Phil Flynn) bildirib ki, iclas ərəfəsində OPEC+ tərəfindən hasilat artımı ehtimalı güclənib. Onun sözlərinə görə, bazarlar isə hələlik hər hansı dəyişiklik gözləmir.
Xatırladaq ki, OPEC+ bundan öncə Birləşmiş Ərəb Əmirlikləri üçün əlavə 300 min barellik kvota artımına paralel olaraq, apreldən sentyabra qədər gündəlik təqribən 2,2 milyon barel hasilat artımı barədə razılığa gəlmişdi.
Azərbaycan brendi “Azeri Light” nefti sutkalıq göstəricilərə görə 0,56 dollar və ya 0.07 % bahalaşaraq, 75,97 dollara ticarət olunur.