Konfransın məqsədi tənzimləyicilər, akademiklər və sektor nümayəndələrini bir araya gətirərək “ödəniş sisteminin yenilənməsi və təkmilləşdirilməsi yolları”nı müzakirə etməkdir.
FED İdarə heyəti üzvü Kristofer Uoller (Christopher J. Waller) açıqlamasında, “Yenilik, istehlakçı və bizneslərin dəyişən ehtiyaclarını qarşılamaq üçün ödənişlərdə daim mövcud olan bir ünsürdür. Konfrans, ödənişlərin təhlükəsizliyini və səmərəliliyini artırmağa yönəlmiş ideyaları toplamağı, həmçinin ödəniş sistemlərinin gələcəyini formalaşdıran tərəflərin baxışlarını öyrənməyi hədəfləyir”, – deyib.
Konfrans FED-in rəsmi internet saytında canlı yayımlanacaq. Tədbirlə bağlı əlavə detalların yaxın günlərdə açıqlanacağı bildirilib.