Miranın çıxışının mətni ABŞ Senatının Bank, Mənzil və Şəhərsalma Komitəsində sabah keçiriləcək dinləmə öncəsi dərc olunub.
Senat tərəfindən təsdiqləndiyi halda Miran, ötən ay vəzifəsindən
ayrılan Adriana Kuqlerin boş qalan yerinə təyin olunacaq. O, çıxışında FED-in
rolunu vurğulayaraq qeyd edib:
“Federal Açıq Bazar Komitəsi çox mühüm missiyası olan müstəqil bir qurumdur. Mən
də bu müstəqilliyi qorumaq və Amerika xalqına əlimdən gələnin ən yaxşısını təqdim
etmək niyyətindəyəm”.
Miran əlavə edib ki, Senat təsdiqi halında, Konqresin verdiyi səlahiyyətlər çərçivəsində üzərinə düşən məsuliyyətləri dəqiqliklə yerinə yetirməyi planlaşdırır.
Xatırladaq ki, Donald Tramp ötən ay Miranı 31 yanvar 2026-cı ilədək vəzifə müddəti ilə FED İdarə Heyəti üzvlüyünə namizəd irəli sürmüşdü. Tramp bu müddətdə vəzifə üçün daimi namizəd müəyyən etmək istiqamətində işlərin davam edəcəyini də bildirmişdi.