Vaxt.Az

“Goldman Sachs”dan pessimist proqnoz


 

“2026-cı ilin sonunadək 50 dolların altına enə bilər”

“Goldman Sachs”dan pessimist proqnoz “ForInvest”in məlumatına görə, “Goldman Sachs” bankı bazarda artan təklif bolluğunun qiymətləri sıxışdıracağı və nəticədə “Brent” markalı xam neftin bir barelinin qiymətinin 2026-cı ilin sonlarına doğru 50 dolların altına düşəcəyini proqnozlaşdırıb.

Bank müştərilərinə göndərdiyi qeyddə bildirib ki, bu ilin dördüncü rübündən 2026-cı ilin eyni dövrünədək gündəlik orta hesabla 1,8 milyon barel həcmində artıq təklif olacaq. Bu prosesin təsiri ilə 2026-cı ilin sonuna qədər qlobal ehtiyatların təxminən 800 milyon barel artacağı gözlənilir.

“Goldman Sachs” qeyd edib ki, bu artımın təqribən üçdə biri və ya 270 milyon bareli İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrin payına düşəcək.

Bankın hesablamalarına görə, zəifləyən tələblə müşayiət olunan bu yığım, “Brent”in hazırda 70 dollara yaxın olan ədalətli dəyərini aşağı salacaq.

 





04.09.2025    çap et  çap et