Villerua çıxışında mərkəzi bank müstəqilliyinin aşağı faiz dərəcələrinin qarşısında maneə olmadığını bildirib. O, Vyanada keçirilən bir konfransda, “Müstəqillik, məqbul səviyyədə aşağı faiz dərəcələrinin qarşısında maneə deyil. Əksinə, bunun ilkin şərtidir”, – deyib.
Onun sözlərinə görə, mərkəzi bankın siyasətçilərdən müstəqil olması uzunmüddətli perspektivdə inflyasiyanın idarə olunmasına, həmçinin ailələrin və bizneslərin inflyasiya gözləntilərinin formalaşmasına imkan verir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminə faizləri azaltmaq üçün təzyiq göstərir və tez-tez ictimaiyyət qarşısında FED sədri Cerom Pauelli “axmaq” adlandıraraq onu vəzifədən kənarlaşdırmaq ehtimalını dilə gətirir.
Böyük Britaniya Mərkəzi Bankının rəhbəri Endryu Beyli (Andrew Bailey) də bu gün açıqlama verərək, FED-in müstəqilliyinə yönəlik təhdidlərdən “çox narahat” olduğunu və bunun “çox ciddi” bir məsələ təşkil etdiyini bildirib.