Vaxt.Az

Neft bazarında təklif qeyri-müəyyənliyi


 

Bazarda gözləntilərin yüksəldyi deyilir

Neft bazarında təklif qeyri-müəyyənliyi Neft qiymətləri təklif artımı gözləntiləri və ABŞ-da xam neft ehtiyatlarının gözlənilməz artımı fonunda tələblə bağlı narahatlıqların güclənməsi səbəbindən enişini davam etdirir.

Bu gün ardıcıl üçüncü sessiyada geriləyən neft qiymətləri, son üç həftədən sonra ilk dəfə olaraq həftəlik itkiyə doğru irəliləyir.

“Brent” markalı xam neft 0,16% azalaraq bir barel üçün 66,88 dollara, ABŞ xam nefti (WTI) isə 0,22% ucuzlaşaraq 63,34 dollara düşüb.

“ANZ” analitiklərinin qeydlərində bildirilir ki, artan OPEC+ təklifinə dair narahatlıqlar səbəbindən xam neft üzərində təzyiq davam edir.

Mütəxəssislərin fikrincə, bazarda gözləntilər yüksəlməkdədir – qrup son illərdə ABŞ şist nefti istehsalçılarına itirdiyi bazar payını geri qazanmaq üçün bazara daha çox həcmlə çıxmağa hazırlaşır.

İki mənbəyə istinadla yayılan məlumata görə, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv səkkiz ölkə və Rusiya kimi tərəfdaşlardan ibarət OPEC+ qrupu bazar günü keçiriləcək iclasda oktyabr ayı üçün hasilatı daha da artırmağı müzakirə edəcək.

Azərbaycan brendi “Azeri Light” nefti sutkalıq göstəricilərə görə 1,77 dollar və ya 2.33 % ucuzlaşaraq, 74,20 dollara ticarət olunur.

 





05.09.2025    çap et  çap et