Vaxt.Az

“ABŞ uydurub”


 

Venesuela təkzib etdi: “Hücum videosu süni intellektlə hazırlanıb”

“ABŞ uydurub” Venesuela Daxili İşlər, Ədalət və Sülh naziri Diosdado Kabello dövlət televiziyası VTV-yə açıqlamasında, ABŞ prezidenti Donald Trampın paylaşdığı “narkotik yüklü gəmiyə hücum” videosunun saxta olduğunu bildirib.

Kabello Karib dənizində Venesuela sahillərində gəmiyə qarşı həyata keçirildiyi iddia olunan hücum görüntülərinin gerçək olmadığını vurğulayıb. Onun sözlərinə görə, yayılan kadrlar süni intellektlə hazırlanmış saxta materialdır və Vaşinqton bunu “narkotik qaçaqmalçılarına qarşı əməliyyat” kimi təqdim edərək ictimai rəyi manipulyasiya etməyə çalışır.

Nazir qeyd edib ki, ABŞ-ın Venesueladan ayrılan və narkotik daşıdığı iddia edilən gəmiyə hücum videosu “ən son yalan”dır: “ABŞ yalanlarla Bolivarcı inqilabdan qurtulmaq istəyir. Ağ Ev hərbi müdaxiləni haqlı göstərmək üçün narkotik qaçaqmalçılığı arqumentindən istifadə edir”.

Kabello hücumda 11 nəfərin öldüyü xəbərlərinə də toxunub: “Onlar 11 nəfəri öldürdüklərini fəxrlə bəyan edirlər. Bu, çox həssas mövzudur. Müdafiə haqqı necə olur? Bəzi məqamlar aydın deyil. Şübhələr ortaya çıxmağa başlayıb, amma hələ cavablar görünmür”.

Digər tərəfdən Kabello bildirib ki, Milli Bolivarcı Milis Gücünə könüllü yazılan şəxslər üçün təlim proqramları başlanacaq. Onun sözlərinə görə, milislər üçün hərbi təlimlər keçiriləcək:

“Burada milli birlik vətənimizin qorunmasında zəruridir. Qardaşlarımız lazımi şəkildə vətən müdafiəsinin ön cəbhəsində yer alıblar və biz də oradayıq”.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ölkəsinin Karib hövzəsinin cənubunda Venesueladan ayrılan narkotik yüklü gəmiyə hücum həyata keçirdiyini və bu əməliyyatda 11 nəfərin öldürüldüyünü açıqlamışdı.

 





05.09.2025    çap et  çap et