Vaxt.Az

Sarkozi Le Pençi oldu


 

Fransada yeni sağ yaranır?

Sarkozi Le Pençi oldu Fransanın sabiq prezidenti Nikola Sarkozi Marin Le Penin rəhbərlik etdiyi “Milli Birlik” (“Rassemblement National” – RN) partiyasını artıq “respublikaçı xəttin bir hissəsi” kimi tanıdığını açıqlayıb. Sarkozi eyni zamanda Milli Məclisin buraxılması çağırışı edib.

Sentyabrın 3-də etdiyi çıxışında Sarkozi Fransadakı siyasi böhrandan çıxış yolunun parlamentin ləğvi olduğunu bildirib. Onun sözlərinə görə, mümkün seçkilərdə RN Milli Məclisdə çoxluğu ələ keçirə bilər.

İyul ayında RN lideri Jordan Bardella ilə görüşən Sarkozinin tərəfdarları həmin vaxt bu görüşün “siyasi anlamı olmadığını” bildirmişdi. Lakin son açıqlama, sabiq prezidentin Marin Le Pen hərəkatına yaxınlaşmasının ən açıq göstəricisi kimi dəyərləndirilir.

Sarkozinin sözləri Fransa siyasətində, xüsusilə mərkəz sağ və sağ cəbhədə ciddi qırılma anı kimi şərh olunur. İllərlə “sistemin kənarında” görünən RN-in ilk dəfə sabiq bir prezident tərəfindən “legitim” elan olunması, Fransada yeni siyasi dövrün başlanğıc siqnalı kimi qiymətləndirilir.

 





05.09.2025    çap et  çap et