Vaxt.Az

Ukrayna NATO ərazisində silah zavodu açır


 

“Kreml sabotajla cavab verə bilər”

Ukrayna NATO ərazisində silah zavodu açır Ukrayna şirkəti “Fire Point”, Danimarkadakı “F-16” bazasının yerləşdiyi bölgədə silah zavodu açacaq. Analitiklər Rusiyanın bu addıma casusluq və sabotaj vasitəsilə cavab verə biləcəyini ehtimal edir.

Danimarka Müdafiə Naziri Trolz Lud Pulsen (Troels Lud Poulsen) ölkədə yeni bir Ukrayna silah fabriki açılacağını açıqlayıb. Bu addım, Kiyev və müttəfiqləri arasında silahlanma sahəsində yeni əməkdaşlıq imkanlarının başlanğıcını işarə edir.

Pulsen bildirib ki, Ukrayna şirkəti “Fire Point” Danimarka’nın cənubunda, Vojens şəhərində bir zavod açacaq. Bu ərazi həm də “F-16” döyüş təyyarələrinin yerləşdiyi hava bazasına ev sahibliyi edir.

Pulsen bu təşəbbüsü Ukraynanın təhlükəsizlik mübarizəsinə yardım əli kimi qiymətləndirib və vurğulayıb ki, bu, bir Ukrayna müdafiə şirkətinin fəaliyyətlərini NATO ölkəsinə daşıdığı ilk nümunədir.

Fire Point döyüş təyyarəsi dronları və gəzi raketləri istehsal edir. Onların arasında 1.150 kq partlayıcı başlığı olan Flamingo FP-5 raketi də var. Danimarkadakı fabrikin əsas diqqəti isə raket yanacağı istehsalına yönələcək. Fabrikin dekabr ayına qədər açılması planlaşdırılır.

Pulsen Ukrayna Prezidenti Vladimir Zelenskinin də qatıldığı Şimal və Baltik ölkələri liderlərinin görüşündə bu əməkdaşlığı açıqlayıb. Kremlin “sabotaj və casusluq” vasitəsilə cavab verə biləcəyini qəbul edən Poulsen, “təhlükənin əlbəttə ki, artdığını” bildirib.

Ukrayna isə Rusiya ilə müharibə davam edərkən artan müdafiə ehtiyaclarını qarşılamağa çalışır. İyul ayında Kiyev, altı ay ərzində avadanlıq ehtiyacının 50%-ni yerli istehsal vasitəsilə qarşılamağı hədəfləyən planını açıqlamışdı.

 





05.09.2025    çap et  çap et