Maskın əldə edə biləcəyi əlavə səhmlər “Tesla”nın açıqlamasında detallı şəkildə göstərilib. Şərtlərə görə, Maskın elektrikli avtomobil istehsalçısındakı payı ən azı 25%-ə yüksələcək. Mask daha əvvəl bu həcmdə pay istədiyini ictimaiyyətə açıqlamışdı.
2018-ci ildə Delaver ştatında məhkəmə Mask üçün nəzərdə tutulan 50 milyard dollarlıq paketi ləğv etmişdi. “Tesla” bu qərara etiraz etsə də, idarə heyəti direktorunu kompensasiya etməyin yeni yollarını axtarır. Onların arasında avqustun əvvəlində dəyəri təxminən 30 milyard dollar olan müvəqqəti səhmdar paketi də var idi.
Yeni plandakı stimullar Maskın robot texnologiyası və süni intellekt kimi yeni bazarlarda böyüməyi hədəfləyərkən diqqətini “Tesla”ya yönəltməsini təmin etməyi məqsəd qoyur. Mask may ayında “Bloomberg”ə verdiyi müsahibədə, beş ildən sonra belə “Tesla”nın başında qalmaqda qərarlı olduğunu demişdi.
2008-ci ildən bəri “Tesla”nın baş direktoru vəzifəsində çalışan Mask, eyni zamanda “SpaceX”, “xAI”, “Neuralink” və “Boring Co.” şirkətlərinə də rəhbərlik edir.
8,5 trilyon dollarlıq bazar dəyəri hal-hazırda dünyanın ən dəyərli şirkəti olan “Nvidia”nın dəyərinin iki qatından çox olacaq. “Tesla”nın dəyəri 2024-cü ilin sonunda təxminən 1,5 trilyon dollara qədər yüksəlmişdi.
Mask üçün nəzərdə tutulan paket 87,8 milyard dollar olsa da, bütün hədəflərə çatdığı halda bu rəqəm 1 trilyon dollara qədər qalxa bilər.
“Tesla”nın İdarə Heyəti sədri Robin Denholm (Robyn Denholm)
və direktor Ketrin Uilson-Tompson (Kathleen Wilson-Thompson) tərəfindən
imzalanan səhmdar məktubunda belə deyilir:
“İlonu şirkətdə saxlamaq və onu təşviq etmək, “Tesla”nın bu hədəfləri gerçəkləşdirərək
tarixdə ən dəyərli şirkət olması üçün əsas əhəmiyyət daşıyır”.
Mask daha əvvəl idarə heyətinə özünə yeni bir paket hazırlanması çağırışı edib və “Tesla”da təxminən 25% səsə nəzarət əldə etmədiyi təqdirdə süni intellekt və robot texnologiyaları məhsullarını başqa şirkətlərdə inkişaf etdirəcəyini bildirmişdi.