Türkiyə hökuməti öz ordusunun tank ehtiyaclarını ödəməklə yanaşı, “Altay” tanklarını dünya bazarına da çıxarmağı nəzərdə tutur.
Azərbaycan da “Altay” tanklarını almağı nəzərdə tutur.
Rusiya istehsalı olan “T-72” və “T-90” tankları ilə üzülüşməyin, vidalaşmağın vaxtı gəlib çatıb. Bu tankların erası artıq bitmək üzrədir. Çünki “T-72” və “T-90”lar müasir texnoloji yeniliklərə, tələblərə cavab vermir.
“Altay” tankları isə yüksək hərəkətlilik, manevr qabiliyyəti, davamlılıq və təhlükəsizlik baxımından əksər rəqiblərini üstələyir.
Bu tankların atəş sistemi çox güclüdür. Zərbə gücünün böyüklüyü ilə fərqlənən “Altay” tankı azı 8 kilometr məsafədəki hədəfləri vura biləcək.
Təsadüfi deyil ki, yüksək keyfiyyət göstəricilərinə görə “Altay”, hazırda dünyanın ən qabaqcıl tank markalarından biri sayılan “Leopard” tankları ilə müqayisə edilir.
Hərbi təyyarə parkını yeniləyən və Rusiya təyyarələri ilə vidalaşmağa başlayan Azərbaycanın “Altay” tanklarına da xüsusi maraq göstərməsi təqdirə layiq addımdır.
Azərbaycanın ardınca yəqin ki, digər türk dövlətləri də öz tank arsenallarını Türkiyə tankları ilə yeniləməyə təşəbbüs göstərəcəklər.
P.S. Bu arada Ermənistan Müdafiə nazirinin müavini Hraçya Sarqsyanın öz ölkəsinin müdafiə xərclərinin heç vaxt Azərbaycanın hərbi büdcəsinə çata bilməyəcəyini vurğulaması da Cənubi Qafqazdakı aparıcı hərbi güc olmağımızın etirafıdır.