Axar.az xəbər verir ki, Leyla Yunusa xüsusi sevgi ilə yanaşılan yazıda onun ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayzaya yaxınlaşması və ölkəmiz barədə istədiyini səsləndirməsi də yer alıb. Leyla Yunusun ölkəmizdə insan haqlarının pozulduğu, fundamental demokratiya standartlarının tapdalandığı, Rauf Mirqədirovun timsalında jurnalistlərə qarşı təzyiqlərin olduğu və korrupsiya halların baş aldığı fikirləri təqdir edilib.
Maraqlıdır ki, yazıya verilən şərhdə bir azərbaycanlının «demokratiya olmadığı ölkədə bu sözləri necə dilə gətirmək mümkündür» məntiqi qarşısında da erməni oxucular şiddətlə Leyla Yunusu müdafiə ediblər.