Vaxt.Az

Fransa siyasətində dönüş nöqtəsi


 

Mümkün 3 ssenari

Fransa siyasətində dönüş nöqtəsi Sentyabrın 8-də parlamentdə keçiriləcək etimad səsverməsində Fransa Baş naziri François Bayrounun siyasi gələcəyi müəyyən ediləcək. Əgər səsvermə uğursuz olarsa, ölkə yeni bir mərhələyə daxil olacaq – yeni baş nazir axtarışı, keçici hökumət və ya erkən seçkilər gündəmə gələcək.

Bayru, büdcədə 43,8 milyard avroluq qənaət planı üçün parlamentin təsdiqini tələb edir. Lakin əksər partiyalar “xeyr” deməyə qətiyyətlidir. Bu vəziyyət, etimad səsverməsini Fransa üçün kritik bir dönüm nöqtəsinə çevirir.

Üç mümkün ssenari:

Etimad səsverməsi qəbul edilərsə – Bayru vəzifəsində qalacaq, amma zəif dəstəklə idarəetməni davam etdirə biləcək.

Rədd edilərsə – Bayru istefa edəcək. Prezident Emmanuel Makron ya yeni baş nazir təyin edəcək, ya da işləri keçici hökumət vasitəsilə davam etdirəcək.

Ən riskli ssenari – parlamentin buraxılması (Dissolution) Makron parlamenti buraxıb yeni seçkilərə gedə bilər. 2024-cü ildə baş tutan erkən seçkilərin yaratdığı böhran bu seçimi daha da mübahisəli edir.

İqtisadi qeyri-müəyyənlik artıq bazarlara təsir göstərməyə başlayıb. Faizlər artır, həmçinin həmkarlar ittifaqları 10 sentyabrda “Bloquons tout – Hər şeyi dayandıraq” çağırışı ilə küçələrə çıxmağa hazırlaşır. Bu isə etimad səsverməsi böhranını böyük sosial partlayışa çevirə bilər.

Nəticə nə olursa olsun, sentyabrın 8-i Fransa üçün bir dönüş nöqtəsi olacaq. Ya Bayru zəif dəstəklə yoluna davam edəcək, ya da Makron ölkəni yeni hökumət və ehtimal ki, erkən seçkilərə sürükləyəcək.

 





07.09.2025    çap et  çap et