Vaxt.Az

«Tələb edirik!»


 

«Qurumdan niyə uzaqlaşdırılmır?»

«Tələb edirik!» Azərbaycan Ermənistan nümayəndə heyətinin NATO Parlament Assambelyasından çıxarılması məsələsini qaldırıb.


APA-nın məlumatına görə, bununla bağlı rəsmi təklifi qurumun bu gün Bakıda keçirilən «Cənubi Qafqaz: Çağırışlar və imkanlar» adlı 86-cı «Rose-Roth» seminarında Azərbaycanın NATO PA-da nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov təqdim edib.

Z. Əsgərov tələbi onunla əsaslandırıb ki, Ermənistanın Azərbaycanda törətdiyi terror hadisələri sübut olunub və belə bir terrorçu dövlətin NATO ilə əməkdaşlığı qəbuledilməzdir: «Siz NATO olaraq Rusiya ilə əlaqələri kəsdiniz, NATO PA-da iki il müddətinə səsvermədən məhrum etdiniz. Bəs bu qədər işğalın və terrorun qarşılığında niyə Ermənistan qurumdan uzaqlaşdırılmır? Ona görə bu məsələyə birdəfəlik aydınlıq gətirilməsini NATO PA-dan tələb edirik».

 





17.06.2014    çap et  çap et