Sinin bu sözləri tərcüməçi rus dilinə tərcümə edir.
Bundan sonra Si nəsə yenə deyir və tərcüməçi rusca belə deyir: “Əvvəllər insanlar 70 yaşına qədər nadir hallarda yaşayırdılar, amma indi 70 yaşında hələ uşaqsan”.
Çinin dövlət televiziyası CCTV sonradan bu videonu yayımdan çıxarmağı tələb edib.
“Reuters” bu tələbə cavabən videonu silib…
Nədir bunun səbəbı?
”Biotexnologiyalar inkişaf edəcək, orqanları dəyişə-dəyişə insanlar getdikcə cavanlaşacaq, hətta ölümsüzlüyə çatacaq. Bu əsrdə 150 ilə qədər yaşamaq şansı var”, – Si Cinpin Putinə deyir…
Mən videonu görməmişəm.
Ancaq görənlər deyirlər ki, Si 150 il yaşamaqdan danışanda Putinin balaca gözləri sevincdən parlayırmış…
Xəbəri oxuyanda Si, üzr istəyirəm, Cin təpəmə vurdu.
Necə yəni, əgər 70 yaşında hələ uşaqsansa, 120-də yəqin yeniyetmə, 150-də isə təcrübəli gənc olacaqsınız.
150 yaşında da gənc olar?
Bəlkə də olar!
Amma Sizin kimi üzsüz, arsız, utanmaz olmaz!!!
Ona görə də, “əziz” və “hörmətli” Putin, zəhmət olmasa, 150 il yaşama, çünki sən yaşasan Dünya yaşamayacaq!