Rusiyadan gələ biləcək ehtimal olunan hücumlara qarşı mülki əhalini qorumağa yönəlik 1 milyon nəfərlik sığınacaq planı iyun ayında ictimaiyyətə sızan Almaniyanın müharibələrə, böhranlara və fəlakətlərə hazırlıq fəaliyyət planı məlum olub.
Daxili işlər naziri Aleksandr Dobrindt (Alexander Dobrindt) “Bild” qəzetinə verdiyi müsahibədə ölkəsinin fəlakətlərin qarşısının alınması sisteminin genişləndirilməsi üçün 10 milyard avro sərmayə yatıracağını bildirib. Dobrindt bu vəsaitin hazırkı qanunvericilik müddəti bitənə qədər – 2029-cu ilə qədər rəqəmsal xəbərdarlıq sistemlərinə, əlavə sığınacaqlara və təxminən 1500 fəlakət yardım vasitəsinin maliyyələşdirilməsinə yönəldiləcəyini açıqlayıb.
Planda nə var?
Daxili işlər naziri Dobrindtin verdiyi məlumata görə aşağıdakı tədbirlər həyata keçiriləcək: Federal hökumət, əyalət idarələri və yerli bələdiyyələrin koordinasiyalı hərəkətini təmin edəcək mobil komanda mərkəzləri yaradılacaq.
Ölkə üzrə aktiv olmayan və ya mövcud olmayan siqnallar işə salınacaq.
Mobil erkən xəbərdarlıq sistemləri mobil telefon tətbiqləri ilə uyğunlaşdırılacaq və daha sürətli işləməsi təmin ediləcək.
Axtarış-xilasetmə fəaliyyətləri üçün ağır avadanlıqlar alınacaq. Federal Texniki Yardım Agentliyi (THW), mülki yardım təşkilatları və Alman ordusunun iştirakı ilə ortaq böhran təlimləri keçiriləcək.
Yeni sığınacaqlar yaradılacaq, mövcud olanlar genişləndiriləcək.
Sentyabrın 11-də ilk test keçiriləcək
Almaniyanın böhran və fəlakətlərə hazırlıq çərçivəsində hər il sentyabr ayında təşkil etdiyi milli xəbərdarlıq günü çərçivəsində 11 sentyabrda, yerli vaxtla saat 11:00-da siqnallar bir dəqiqəlik test həyəcanı üçün çalınacaq. Təlimin məqsədi əhalinin fövqəladə hallara qarşı hazırlıqlı olmasını təmin etməkdir. Milli xəbərdarlıq günü çərçivəsində televiziya və radiolar eyni vaxtda xəbərdarlıq məlumatı yayımlayacaq, ağıllı telefonlara bildiriş göndəriləcək.
Əhalinin böhran anlarında düzgün məlumata tez çatmasını təmin etmək və xəbərdarlıq sistemlərinin funksionallığını test etmək məqsədilə keçirilən milli xəbərdarlıq gününün əvvəlki illərdəki tətbiqlərində bir çox nasazlıqlar üzə çıxmış, bəzi bölgələrdə siqnalların işləmədiyi müəyyən olunmuşdu.
İyun ayında Almaniyanın Rusiyadan gələcək təhdidlər fonunda 1 milyon nəfərlik sığınacaq inşa etməyi planlaşdırdığı ictimaiyyətə sızmışdı. Ölkə üzrə isə tamamilə qərbdə yerləşən və təxminən 480 min nəfərə kifayət edəcək 579 ictimai sığınacağın mövcud olduğu ortaya çıxmışdı.