Vaxt.Az

Tütünə qarşı qələbə


 

Avropa ölkəsində nikotin paketləri və saqqızlarına qadağa qoyuldu

Tütünə qarşı qələbə Fransa Səhiyyə Nazirliyi xüsusilə gənclər arasında sürətlə yayılmağa başlayan nikotin məhsullarına qadağa tətbiq edib. Nazirliyin qəbul etdiyi və rəsmi qəzetdə dərc olunaraq qüvvəyə minən qərar nikotin paketləri (“pouch”) kapsulları və saqqızlarını da əhatə edir. Qərara əsasən, 2026-cı ilin mart ayından etibarən bu məhsullar qadağan olunmuş maddələr siyahısına daxil ediləcək.

Hökumət hələ 2024-cü ilin payızında, yeniyetmələrdə zəhərlənmə hallarının artması səbəbilə bu məhsulların satışının dayandırılacağını açıqlamışdı.

Son illərdə bazarda sürətlə yayılan tütünsüz nikotin torbaları yarımkeçirici parça içində nikotin və aroma hopdurulmuş polimer liflərdən ibarət olur və dodaqla diş ətinin arasına yerləşdirilərək istifadə edilir.

 

Qadağa hansı məhsulları əhatə edəcək?

 

Qərar altı ay içində qüvvəyə minəcək və “dərmanlar və tibbi cihazlar istisna olmaqla nikotin tərkibli bütün ağızdan istifadə olunan məhsullar” üçün keçərli olacaq. Mətnə görə, xüsusilə “porsiya torbaları” və ya “gözenekli torbalar”, “macun, kapsul, maye, saqqız, pastil, lentlər və ya onların hər cür kombinasiyası” bu sıraya daxildir. Dərman vasitələri qadağadan kənarda qalacaq.

Tütündən qorunma ilə məşğul olan 23 təşkilatı birləşdirən “Tütunə Qarşı Birlik” (Alliance contre le tabac) qadağanı “qələbə” kimi qiymətləndirib. Federasiyanın açıqlamasında bildirilir: “Bu addım gəncləri qorumaq və sağlamlıq hesabına qazanc əldə edən sənayenin zərərli strategiyalarının qarşısını almaq üçün həyati əhəmiyyət daşıyan bir tədbirdir”.

Xatırladaq ki, Fransada 2024-cü ilin iyun ayında məktəb əraziləri, park, çimərlik və bağça kimi açıq məkanlarda siqaret çəkmək qadağan edilmiş, nikotinli məhsulların istifadəsinə və satışına isə əlavə məhdudiyyətlər tətbiq olunacağı açıqlanmışdı.

 





07.09.2025    çap et  çap et