Çin avqust ayında nadir torpaq metalları ixracını iyul ayına nisbətən 3,4% azaldıb. Dünyanın ən böyük nadir metal istehsalçısı olan ölkə, bu dövrdə 5 min 792 ton nadir torpaq metalı ixrac edib.
Gömrük məlumatlarına əsasən, bu göstərici iyulda qeydə alınan 5 min 994 tonla müqayisədə azalma deməkdir. Bununla belə, ötən ilin eyni dövründə – 2024-cü ilin avqustunda ixrac həcmi 4 min 723 ton idi ki, bu da cari ilin nəticələrinin daha yüksək olduğunu göstərir.
Ümumilikdə ilin ilk səkkiz ayında 17 mineral qrupunu əhatə edən nadir torpaq metalları ixracı ötən ilin analoji dövrünə görə 14,5% artaraq 44 min 355 tona çatıb.
çap et