Vaxt.Az

Dönər bıçağı ilə dava


 

Üç nəfərin mübahisəsində biri xəstəxanalıq olub

Dönər bıçağı ilə dava Almanyanın Bayreut şəhərində qeyri-adi bir hadisə baş verib. Yol vermə mübahisəsi dönər bıçağı və metal çubuqların istifadə olunduğu şiddətli davaya çevrilib. Hadisə nəticəsində bir nəfər xəstəxanaya aparılıb, üç nəfər barədə isə istintaq başlanıb.

Hadisənin başlamasına səbəb 48 yaşlı dönər məmulatları şirkəti işçisinin şəhərdəki dönərçi rüstoranı üçn üçün çatdırılma edərkən yolun iki nəfər tərəfindən park edilmiş avtomobillə bağlandığını görüb.

48 yaşlı paylayıcı ilə 18 və 28 yaşlı iki kişi arasında mübahisə yaranıb. Dil mübahisəsindən sonra gərginlik artıb və əvvəlcə yumruqlara, sonra isə dönər bıçağı və metal çubuğun istifadə olunduğu şiddətli davaya çevrilib. Restoran işçisi ciddi xəsarət alaraq xəstəxanaya aparılıb, yüngül xəsarət alan digər iki nəfər yerində müalicə olunub.

Bayreut polisi hadisəyə müdaxilə etdi və üç nəfər barəsində “təhlükəli bədən xəsarəti” ittihamı ilə istintaq başladıldı. Araşdırmalar davam edir və hadisənin tam səbəbləri, eləcə də mübahisəyə gətirən faktorlar diqqətlə öyrənilir. Həmçinin, yerli hakimiyyət orqanları ətrafdakı sakinləri hadisə ilə bağlı məlumat verməyə çağırıb.

 





08.09.2025    çap et  çap et