Ona görə üzr istəmir! Təyyarəni vuran hərbçiləri cəzalandırmır, ona görə ki, özü əmr edib! Öldürülənlərə təzminat vermir, ona görə ki, öldürənlərə mükafat verib! Üzr istənilmədikcə daha aydın görünür ki, Rusiyanın hədəfi mülki Azərbaycandır: Ukraynada SOCAR-ı vuranda da.
Rusiyanın hədəfi mülki azərbaycanlıdır:
Yekaterinburqda, Voronejdə, Piterdə də.
Bütün Rusiya boyunca. Soydaşlarımızın həbsi əslində həbs deyil, girov götürməkdir. Texnologiya terrorçulara xasdır. Mahiyyət eynidir: girov götürüb pul tələb edir! Amma burda da fərq var: Kriminal Rusiya pulu alandan sonra da girovunu azad etmir! Bu isə yalnız Rusiyaya məxsus eksklüzivdir.
Moskva Bakıya-Qafqaza BRİCS-də əngəl olur.
Moskva Bakıya-Qafqaza ŞƏT-də əngəl olur. Baxmayaraq ki, bu yolla özünə də atəş açır. Çünki Qafqazda Rusiya da var.
Amma Azərbaycandan öyrənə də bilərdi. Təkcə 2020-ci ildə baş vermiş təyyarə hadisəsində Bakının davranışından yox. Başqa nümunələr də var. Bakı elə bu günlərdə hələ də- (çünki sülh sazişi imzalnmayıb), rəsmən düşmən sayılan ölkənin Baş nazirinin təyyarəsinin Azərbaycanın hava məkanı üzərindən xaricə uçuşuna təminat verdi. N. Paşinyan uçdu və eyni yolla da geri qayıtdı.
Bəs Rusiya?…
… Rusiya Bakı-Qroznı təyyarəsini vurmaqla artıq öz beynəlxalq etibarının da bortunu dəlik-deşik edib. İndi daha fərq etməz, səmada istənilən təyyarədəki (məsələn, bu günlərdə Ursula Von der Leyen uçan təyyarədə də problem yaranmışdı) nasazlığın səbəbini dünya Moskvada axtarır. Və axtaracaq! Nə qədər ki, Moskva Bakı-Qroznı reysində öldürülənlərin qatilini və ya kollektiv qatilini cəzalandırmayıb!
Nə qədər ki, Rusiya faciəyə görə xalaxətrin qalmasın yox, törətdiyi dəhşətli əmələ görə bütün məsuliyyətilə üzr istəməyib! Nə qədər ki, kompensasiya ödəməyib!!!
Bunlar baş vermədikcə, Bakı-Qroznı təyyarəsi qətlə yetirilmiş sayılacaq! Rusiya üzr istəmədikcə, qatili (qatilləri!) cəzalandırmadıqca, özü qatil olacaq!