Amerikan “ABC News”un məlumatına görə, 57 yaşlı Mercury Psillakis Sidsneydəki “Long Reef” çimərliyində sörf edərkən akulanın hücumuna məruz qalaraq həyatını itirib.
Ştat rəsmiləri bildiriblər ki, Psillakisin sörf lövhəsindəki izlərdən təxminən 3,5 metr uzunluğunda böyük ağ akulanın hücum etmiş ola biləcəyi məlum olub.
Rəsmi şəxslər dronlar və helikopterlər vasitəsilə akulanın axtarış işlərinə başlayıblar və təhlükəsizlik tədbiri olaraq “Long Reef” və yaxınlıqdakı “Dee Why” çimərliklərinin növbəti elanadək bağlanmasına qərar veriblər.