Enqlander dünən ABŞ faiz strateqi Con Devis (John Davies) ilə birlikdə yayımladığı qeyddə, “Biz hesab edirik ki, avqust ayı əmək bazarı göstəriciləri, keçən il bu vaxtlarda olduğu kimi, sentyabr FOMC iclasında 50 baza bəndi səviyyəsində əvəzləyici bir faiz endiriminə yol açır”, – bildirib.
Əvvəllər 25 baza bəndi endirim gözləyən iqtisadi təşkilat son göstəricilərin əmək bazarının sürətlə yumşaldığını və bu vəziyyətin daha böyük bir faiz endiriminə zəmin hazırladığını vurğulayıb.
Çox sayda iqtisadi qurum ABŞ Mərkəzi Bankı idarə heyətinin buaykı iclasında dörddəbir xal (25 baza bəndi) endirim edəcəyini proqnozlaşdırır.